ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Ukrayna lideri: “Artıq bütün müddətlər pozulub, diplomatiya üçün onlarla fürsət əldən verilib”
Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstan və Çinə müraciət edərək, Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün təsir göstərməyə çağırıb. AYNA.AZ xəbər verir ki, Zelenski öz “Telegram” kanalında Rusiya Federasiyası Silahlı Qüvvələrinin Kiyev də daxil olmaqla respublika ərazisinə hücumuna münasibət bildirib.
Zelenski yazıb: "Biz baş verənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə müharibənin genişləndirilməməsinə və atəşkəsə çağırıb. Bu, Rusiyaya görə deyil. Biz Macarıstanın reaksiyasını gözləyirik".
O həmçinin “sülhə çağıran, lakin indi prinsipial mövqe tutanlardan daha çox susan”ların reaksiya verməsinə çağırış edib. Onun sözlərinə görə, Rusiyaya qarşı “sərt sanksiyalar” tətbiq etməyin vaxtı çatıb.
"Artıq bütün müddətlər pozulub, diplomatiya üçün onlarla fürsət əldən verilib. Rusiya hər zərbəyə, bu müharibənin hər gününə görə öz məsuliyyətini hiss etməlidir", - Zelenski qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.