AZ

Azərbaycanda 12 sığrota şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-iyul aylarının nəticələrinə əsasən sığorta bazarında ödənişlərin ümumi həcmi 7 ayda 20,7% artıb.

FED.az xəbər verir ki, hesabat dövründə 16 şirkətdən 12-si ödənişlərini artırıb, 4-ü isə azaldıb.

Artım dinamikasına əsasən birinci pillədə "Meqa Həyat Sığorta" olub. Şirkətin ödənişləri ötən ilin cəmi 154 min manatlıq göstəricisindən 19,8 dəfə artaraq 3 milyon manatı keçib. 

Yüksək artım nümayiş etdirən digər şirkətlər isə "Qala Sığorta" (+88%) və "Atəşgah" (+86,5%) olub. Güclü artım həmçinin "Aqrar Sığorta" (+47,3%), "AtaSığorta" (+33,9%) və "Azərbaycan Sənaye Sığorta" (+32,7%) şirkətlərində qeydə alınıb.

Bazar liderləri və digər şirkətlər də ödənişlərini artırıb. "Paşa Həyat Sığorta" ödənişlərini 28% artırıb ki, bu da məbləğ ifadəsində 71,9 milyon manatlıq artım deməkdir. Bununla yanaşı artım nümayiş etdirən digər şirkətlər "Meqa Sığorta" (+23,8%) və "Atəşgah Həyat" (+23,1%) olub. Ondan sonra artım isə "AzSığorta" (+11,5%), "Xalq Sığorta" (+2,5%) və "Paşa Sığorta"da (+1%) qeydə alınıb.

Seçilən
16
fed.az

1Mənbələr