AZ

Rusiya AB-nin Kiyevdəki binasını vurdu

Rusiyanın Kiyevə zərbələri nəticəsində Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin binası zədələnib.

Far.Az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində məlumat verib.

“Gecə hücumları zamanı Rusiya Vyana konvensiyasını birbaşa pozaraq diplomatları da hədəf aldı. AB-nin Ukraynadakı binasına ziyan dəyib. Bu hadisə təkcə AB-dən yox, dünya miqyasında qınaq tələb edir. Biz AB həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və yardım təmin etməyə hazırıq”, - Sibiqa qeyd edib.

Seçilən
7
2
far.az

3Mənbələr