AZ

D vitamininin qəbulu bədənin qocalma sürətini azaldır

Saglamolun saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

MARAQLI ARAŞDIRMA ABŞ-da həyata keçirilən yaşlı əhalinin infeksion xəstəliklərə qarşı vaksinlərlə qorunmasına yönəlmiş VITAL layihəsi çərçivəsində aparılan genişmiqyaslı araşdırma maraqlı nəticələrlə yadda qalıb. Tədqiqatçılar 25 mindən çox insanın sağlamlıq göstəricilərini təhlil edərək belə qənaətə gəlib ki, D vitamininin gündəlik qəbulu bədəni bioloji olaraq daha gənc saxlamağa kömək edir.Araşdırmaya görə, gündə 2000 beynəlxalq vahid miqdarında D vitamini qəbul edən şəxslərin DNT-də yerləşən qoruyucu xromosomlar, yəni telomerlər üç dəfə daha yavaş qısalır. Bu isə o deməkdir ki, belə şəxslərin orqanizmi 5 il ərzində cəmi 1,5 il qədər qocalır.Əczaçılıqda geniş yayılmış D vitamini əlavələri adətən 5000 beynəlxalq vahid dozada olur. Alimlər bildirir ki, bu halda sadəcə iki gündə bir tablet qəbul etməklə hüceyrə səviyyəsində gəncliyi qorumaq mümkündür.Tədqiqat müəllifləri vurğulayır ki, D vitamini orqanizmin qocalma prosesini yavaşlatmaq üçün ən əlçatan və effektiv vasitələrdən biri ola bilər.

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
saglamolun.az

1Mənbələr