CHP sədri Özgür Özəl barəsində istintaq açılıb
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində istintaq başlanıb.
Milli.Az xəbər verir ki, “TRT Haber”-in məlumatına görə, Ankara Baş Prokurorluğu Özgür Özəlin Bəyoğlu rayonunda keçirdiyi mitinqdə İstanbul Baş Prokuroru Akın Gürleklə bağlı səsləndirdiyi fikirlərə görə istintaq açıb.
Partiya sədri “dövlət qulluqçusuna təhqir” və “hədələmə” maddələri ilə ittiham olunur.