AZ

Azərbaycanda 5 sığorta şirkətinin ödənişləri 10 milyon manatı ötüb

2025-ci ilin ilk 7 ayında Azərbaycan sığorta şirkətləri müştərilərinə ümumilikdə 529,3 milyon manat həcmində sığorta ödənişi edib.

FED.az xəbər verir ki, ödənişlərin həcminə görə bazarın mütləq lideri "Paşa Həyat Sığorta" ASC-dir. Şirkət hesabat dövründə 328,5 milyon manatlıq ödəniş həyata keçirərək, bütün bazar ödənişlərinin 62%-dən çoxunu təkbaşına icra edib.

İkinci yerdə 77,9 milyon manatlıq ödənişlə "Paşa Sığorta" ASC qərarlaşıb ki, bu da ümumi bazarın 14,7%-i deməkdir. Beləliklə, bu iki nəhəng şirkət birlikdə bazar ödənişlərinin 76,8%-ni reallaşdırıb, qalan 14 şirkətin payına isə bazarın cəmi 23,2%-i düşüb.

İlk beşliyi "Atəşgah Həyat" (38,8 milyon manat), "Atəşgah" (22,9 milyon manat) və "Qala Sığorta" (15 milyon manat) tamamlayır. 

Seçilən
11
fed.az

1Mənbələr