AZ

ABŞ-də matəm elan edildi, bayraqlar endirildi

ABŞ-də Minnesota ştatının Minneapolis şəhərində özəl ibtidai məktəb olan Annunciation Katolik Məktəbində baş verən atışmada 3 nəfər ölüb, 7-si ağır olmaqla 20 nəfər yaralanıb. 

Ölkə.az  xəbər verir ki, hadisə zamanı 8 və 10 yaşlı iki tələbə həyatını itirib, hücum edən şəxs isə intihar edib. 20 nəfər yaralanıb.

Xəstəxanaya yerləşdirilən 6-14 yaş arası yeddi uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Təxminən 400 şagirdin təhsil aldığı məktəbdə yeni tədris ili iki gün əvvəl başlayıb. Hücumun uşaqların səhər ayininə gedən zaman baş verdiyini bildirilib.

ABŞ prezidenti Donald Tramp ABŞ-də yerləşən “Truth Social” hesabına hücumla bağlı açıqlamasında hadisə ilə bağlı məlumatlandırıldığını və hadisələri yaxından izlədiyini bildirib.

ABŞ prezidenti Donald Trampın Minneapolisdəki hücumdan sonra ABŞ-də milli matəm günü elan etdiyini və bayraqların yarıya qədər endirilməsini əmr etdiyini açıqlayıb.

“Prezident Donald Tramp avqustun 27-də Minneapolisdə baş vermiş mənasız zorakılıq aktlarının qurbanlarına hörmət əlaməti olaraq, bütün ictimai binalarda və ərazilərdə ABŞ-dəki bütün bayraqların yarıya qədər endirilməsi barədə göstəriş verib”, – Ağ Evin bəyanatında deyilir.

Mürtəza

Seçilən
17
2
olke.az

3Mənbələr