AZ

Rusiyanın müharibə xərcləri rekord həddə çatıb

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az “The Moscow Times (MT)” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın Maliyyə nazirliyinin məlumatlarına əsaslanan Almaniya Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi işçisi Yanis Klüge öz hesablamalarında belə qənaətə gəlib. “Klügenin hesablamaları göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyada orduya və silah istehsalına xərclər 31% artıb. Bu artım 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə - 95%, müharibənin birinci ili ilə müqayisədə - üç dəfə çox olub”, -qəzet yazır. Büdcənin hərbi xərclərinin xüsusi çəkisi də rekord vurub: keçən il bu, 35%, bu il birinci rübündə 41,2%, ikinci rübün sonunda isə 39,8% təşkil edib. Büdcə gəlirlərinin 50,1%-i yanvar-mart, 48,2%-i isə iyunun sonuna kimi müharibəyə xərclənib. Klügenin hesablamalarına görə, Rusiyada hərbi büdcənin demək olar ki, üçdə ikisi (62%) məxfi saxlanılır: ilin birinci yarısında açıq müdafiə maddələrinə 3,203 trilyon rubl (təxminən 39,7 milyard ABŞ dolları), “kölgə” xərclərinə isə 5,281 trilyon rubl (təxminən 65,3 milyard ABŞ dolları) yönəldilib. Son bir ildə gizli hərbi büdcə 41%, müharibənin başladığı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə isə təxminən 4 dəfə artıb. “Reuters” agentliyinin Rusiya hökumətindəki mənbəsi qeyd edib ki, Ukraynada sülh danışıqları uğurla nəticələnsə belə, Moskva 2026-cı ildə hərbi xərcləri azaltmağı planlaşdırmır. - Bir qədər kiçik miqyasda olsa da, istənilən halda də mərmi və pilotsuz təyyarələr istehsal etmək lazım gələcək. Qarşıdurma davam edəcək, ordu və silah xərcləri daha çox olacaq, çünki Qərb də onları artırır”, - mənbə vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
azvision.az

2Mənbələr