AZ

Sığorta bazarında 12 şirkətin yığımları artıb

2025-ci ilin ilk 7 ayı Azərbaycan sığorta bazarı üçün ümumilikdə 12,5%-lik artımla yadda qalıb.

FED.az xəbər verir ki, bu böyümə şirkətlər arasında fərqli templərlə baş verib. Hesabat dövründə 16 şirkətdən 12-si yığımlarını artırmağı bacarıb, 4 şirkət isə geriləmə ilə üzləşib.

Artım tempinə görə birinci "Meqa Həyat Sığorta" ASC-dir ki, yığımlarını 80,8% artıraraq 5,2 milyon manatdan 9,4 milyon manata çatdırıb. Yüksək dinamika nümayiş etdirən digər şirkətlər arasında "Xalq Sığorta" (+29,6%), "Atəşgah Həyat" (+28,1%), "Xalq Həyat" (+25,1%), "Azərbaycan Sənaye Sığorta" (+22,7%) və "Qala Həyat" (+16,7%) yer alıb.

Bununla yanaşı "Paşa Həyat Sığorta" yığımlarını 14,9% artırıb. Bu, məblğ ifadəsində 56,1 milyon manatlıq artım deməkdir ki, bu rəqəm bir çox şirkətin ümumi yığımından daha çoxdur. Yığımlar üzrə artım göstərən şirkətlər "Aqrar Sığorta" (+12,1%) və "Atəşgah" (+11,6%) olub. Bazarın ikinci nəhəngi "Paşa Sığorta" (+8,8% və ya 18,1 milyon manat), "A-Qroup Sığorta" (+4,7%) və "Qala Sığorta" (+3,3%) da daxildir.

Seçilən
9
fed.az

1Mənbələr