AZ

Mirzoyan: “İlkin sülh sazişi İrəvan və Bakının qarşılıqlı maraqlarına əsaslanır”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Sənədlərdə sırf bir tərəf üçün faydalı, digər tərəf üçün isə qəti şəkildə zərərli olan bir müddəa yoxdur”

 “Vaşinqtonda imzalanan Bəyannamə və paraflanmış sülh sazişi İrəvan və Bakının qarşılıqlı maraqlarına əsaslanır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İctimai Televiziyasının efirində deyib.

“Sənədlərdə sırf bir tərəf üçün faydalı, digər tərəf üçün isə qəti şəkildə zərərli olan bir müddəa yoxdur”, - nazir qeyd edib.

Nazir əldə olunan razılaşmaların pozulma ehtimalının az olduğunu söyləyib və bütün məqamların hər iki tərəf üçün vacib olduğunu vurğulayıb.

Nə üçün sənədin imzalanmaması, sadəcə paraflanması ilə bağlı sualı cavablandıran Mirzoyan qeyd edib ki, bir sıra məsələlərin həlli və mühüm işlər görülməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
ayna.az

4Mənbələr