ain.az, Bizimyol portalına istinadən məlumat verir.
Beynəlxalq bir araşdırma Yerə bənzər planetlərdə ağıllı həyatın yaranma ehtimalının son dərəcə az olduğunu ortaya qoyub. Bununla belə, ibtidai həyat formalarının, xüsusilə mikroorqanizmlərin həmin planetlərdə daha geniş yayılmış ola biləcəyi qeyd olunur.
Bizimyol.info xəbər verir ki, "Proceedings of the National Academy of Sciences" jurnalının məlumatına görə, alimlər Yer üzərində həyatın təkamül prosesini əsas götürən ehtimallar modeli qurublar.
Nəticələr göstərib ki, insanlara bənzər sivilizasiyanın formalaşması olduqca mürəkkəb və nadir bir prosesdir. Yerə oxşar planetdə ağıllı həyatın yaranma ehtimalı təxminən 3:2 nisbətində qiymətləndirilib. Eyni zamanda, ibtidai mikroorqanizmlərin meydana çıxma ehtimalı isə 9:1 nisbətində, yəni xeyli yüksək hesab olunub.
Tədqiqatın müəllifi, Kolumbiya Universitetinin astronomu Devid Kipinq Bayes analizindən istifadə edərək, üç əsas faktoru nəzərə alıb:
İlk canlıların yaranma vaxtıAğıllı həyatın formalaşma vaxtıPlanetin yaşamağa əlverişli olduğu müddətin uzunluğu
Onun sözlərinə görə, Yer kürəsində həyat çox erkən — planetin yaranmasından təxminən 400 milyon il sonra meydana gəlib. Lakin insan kimi ağıllı canlılar yalnız son milyon illərdə formalaşıb ki, bu da belə həyat formalarının çox nadir hallarda yarandığını göstərir.
Kipinq bildirib ki, bu tədqiqat Yerdənkənar həyatın mövcudluğunu sübut etmir, lakin Yer üzərindəki həyatın inkişafı əsasında ehtimal modelləri quraraq, digər planetlərdə nə gözləmək lazım olduğunu statistik baxımdan anlamağa kömək edir. Bu nəticələr astronomlara kainatda sivilizasiyaların axtarışı üçün ən perspektivli planetləri müəyyənləşdirməkdə yardımçı ola bilər.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.