Bakı. Trend:
27.08.2025-ci il tarixində saat 16:20 radələrində 2023-cü iltəvəllüdlü azyaşlı (kişi cinsli) komatoz vəziyyətdə Ağdam RayonMərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiyaolunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin küt travmasıdiaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlıdaha ixtisaslı tibbi xidmət almaq üçün Respublika NeyrocərrahiyyəXəstəxanasına təxliyə edilib.
Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensivterapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalıkəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskinsubdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozlarıtəyin edilib.
Pasiyent üzərində subdural hematomanın boşaldılması,dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiqşöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Məlumat üçün qeyd edək ki, 2024-cü il təvəllüdlü azyaşlı (kişicinsli) isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsialtında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.