Ağcabədidə maye qazdoldurma məntəqəsində yanğın zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, 1979-cu il təvəllüdlü Ruslan Qurbanov Aşağı Avşar kəndi ərazisindəki maye qazdoldurma məntəqəsində avqustun 21-də baş verən yanğın zamanı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq R.Qurbanov müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"