AZ

Bir gündə üç tender udan Rəhim Vəliyev kimdir?

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) daha bir tenderinin nəticəsini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, sərhəd qoşunları su nasosları və dövriyyə nasoslarının əsaslı təmiri işlərini həyata keçirəcək.

Belə ki, tenderin qalibi Rəhim Qafil oğlu Vəliyev olub. Bu fiziki şəxsə işlərin görülməsi üçün 146 min 150 manat ödəniləcək.

Qeyd edək ki, tenderə əsasən Rəhim Vəliyev DSX-ya məxsus onlarla su nasosunu təmir etməlidir.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, bu, Vəliyevin DSX-dan udduğu ilk tender deyil. Belə ki, sözügedən şəxs 2025-ci ildə daha iki tender udub. Onlardan biri DSX-nin balansında mövcud olan istilik qazanxanalarının əsaslı təmiri xidməti ilə bağlı olub. Tərəflər arasında bununla bağlı avqustun 27-də 314 min 960 manatlıq müqavilə bağlanılıb.

İkinci tender isə bu ilin fevralında reallaşıb. Həmin müsabiqəyə əsasən Rəhim Vəliyev camaşırxana avadanlıqlarının əsaslı təmirini həyata keçirib. Bunun müqabilində isə 78 min 694 manat pul alıb.

Analoji tender anlaşmaları əvvəlki illərə də təsadüf edib. Tribunainfo.az xəbər verir ki, Rəhim Vəliyev 2023-cü ildə də DSX-nın tenderinin qalibi olub. Həmin vaxt sözügedən şəxs DSX-nın yeməkxana və anbar avadanlıqlarının təmirini reallaşdırıb. Bu isə dövlət qurumuna 82 min 60 manata başa gəlib.

Onu da diqqətinizə çatdıraq ki, Rəhim Vəliyev dünən başqa bir qurumun da tenderinin qalibi olub. Belə ki, o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin elan etdiyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə məxsus olan soyuducu anbarların cari təmir xidmətinin satın alıb. Bu işlərin görülməsi üçün isə tərəflər arasında 63 min 495 manatlıq müqavilə imzalanıb.

Bildirək ki, Rəhim Vəliyev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fərda Uğur

Seçilən
6
1
tribunainfo.az

2Mənbələr