“Qalatasaray” müdafiə xəttinə yeni futbolçu qatıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Monako”nun oyunçusu Vilfred Sinqo ilə razılığa gəlib.
24 yaşlı müdafiəçi tibbi müayinədən sonra “sarı-qırmızılı”larla rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Sinqo ötən mövsüm Fransa Liqa 1-də 35 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.