Bakının bir sıra əsas yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Doğru.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına görə, hazırda sıxlıq aşağıdakı istiqamətlərdə qeydə alınıb:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
6. Birinci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.
DOĞRU.AZ