AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubu barədə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, o, Ağdam təmsilçisinə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik ünvanlayıb:
“Qarabağ” futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm. Uğurlar “Qarabağ”!, deyə R.Nəcəf paylaşımında qeyd edib.
Xatırladaq ki, Qurban Qurbanovun kollektivi ötən gecə "Ferentsvaroş"u mübarizədən kənarlaşdırıb (3:1, 2:3).