AZ

Ukraynanın təslim olması Putinə zaman qazandıracaq Merz

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniya Ukrayna ilə Rusiya arasında sülhün istənilən şərtlərlə əldə olunmasının əleyhinədir.

Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.

Kanslerin sözlərinə görə, Ukraynanın mümkün kapitulyasiyası Rusiya Prezidenti Vladimir Putinə növbəti müharibəyə hazırlaşmaq üçün vaxt qazandıracaq:

“Biz Ukraynanın kapitulyasiyasını istəmirik. Belə bir kapitulyasiya yalnız Rusiyaya zaman qazandıracaq və Putin bu vaxtdan istifadə edərək növbəti müharibəyə hazırlaşacaq. Müharibənin dayandırılması vacibdir, lakin sülh “nə bahasına olursa olsun” fikri ilə əldə olunmamalıdır”.

Merz Ukrayna təhlükəsizliyinin təmin olunmasının da prioritet məsələlərdən biri olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
axar.az

3Mənbələr