AZ

Qərb Rusiyadan bataqlıqlarla qorunacaq

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqı özünü Rusiyanın potensial işğalından qorumaq üçün şərq sərhədi boyunca bataqlıq əraziləri bərpa etmək imkanlarını fəal şəkildə araşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.

Məlumata görə, bu yanaşma müdafiə və iqlimin qorunması olmaqla iki əsas prioriteti birləşdirir.

Bataqlıqların bərpası ideyası isə Ukrayna təcrübəsinə əsaslanır. 2022-ci ilin fevralında rus qoşunları Kiyevə doğru hərəkət edərkən, ukraynalı hərbi ekspert Aleksandr Dmitriyev İrpin çayında bəndin dağıdılması təşəbbüsü ilə çıxış etdi və sovet dövründə qurudulmuş bataqlıq “bərpa edildi”

Nəticədə rus qoşunlarının şimaldan irəliləməsi dayandırıldı və dünya mediası palçıqda qalan tankların görüntülərini paylaşdı.

Hərbi ekspert Dmitriyev daha sonra prinsipcə bu addımın Rusiyanın şimaldan hücumunu dayandırdığını bildirdi.

İndi isə Ukraynanın bu təcrübəsi NATO-nun şərq cinahında yerləşən ölkələri bənzər tədbirlər görməyə ruhlandırır. Mütəxəssislərin fikrincə, bataqlıqların bərpası təbii müdafiə səddi yaratmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizəyə də kömək edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
axar.az

3Mənbələr