AZ

“Araz Naxçıvan” Çempionlar Liqasına darmadağınla BAŞLADI

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində yer alan “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi qrup oyununda Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşıb.
 

Avstriyada keçirləcək görüş Bakı vaxtı ilə saat 19:00-da start götürüb. Təmsilçimiz böyükhesablı qələbə qazanıb. “Araz-Naxçıvan” rəqibin qapısından 9 top keçirib. İrlandiyalılar bu qollardan yalnız birinin əvəzini çıxa biliblər.


27 avqust

19:00 "Araz-Naxçıvan" – "Sparta Belfast" (Şimali İrlandiya) - 9:1

Qollar: Aleks Rezende, 2:35; 31:03, Ülvü Əliyev, 3:53, Karlos Bertuola, 10:30; 18:34; 30:10, Jean Perruzo, 11:10; 37:04 , Ülvi Əliyev, 33:21 - Con Gibson, 21:55

Baş hakim: Qonçalo Felipe Santos Duarte (Portuqaliya)

Linz. NMS İdman Sarayı

Qeyd edək ki, bu qrupun bütün oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək. 2024-cü ilin avqustunda İsveçdə baş tutan görüşdə “qırmızı-ağlar” 7:1 hesablı qələbəyə sevinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
45
50
bizim.media

10Mənbələr