AZ

Bakıda kişi restoranda tanış olduğu qadın tərəfindən bıçaqlandı

Bakının Xətai rayonunda bir nəfər bıçaqlanıb.

Bakues.az xəbər verir ki, hadisə Xətai rayonu, Qvardiya küçəsində baş verib.

1981-ci il təvəllüdlü Cəfərov Tural Eldar oğlu Sabunçu rayonunda yerləşən restoranların birində qadınla tanış olub. T. Cəfərov onu yaşadığı evə aparıb. Onlar arasında mübahisə yaranıb. Qadın T. Cəfərovu bıçaqlayıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Aparılan cərrahi əməliyyatdan sonra T.Cəfərov reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanının əməkdaşları araşdırma aparır.

 

Seçilən
22
4
icma.az

5Mənbələr