BAKI, 28 avqust. TELEQRAF
“Mançester Yunayted” İngiltərə Liqa Kubokunun 1/32 final mərhələsində dördüncü divizionda mübarizə aparan “Qrimsbi Taun” klubuna səfərdə məğlub olub.
Teleqraf xəbər verir ki, oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında “Qrimsbi” daha dəqiq olub - 12:11.
İngiltərə Liqa Kuboku 1960-cı ildən keçirilir və ölkə çempionatının ilk dörd divizionundan olan klublar mübarizə aparır. Qalib komanda UEFA Konfrans Liqasına vəsiqə qazanır.