AZ

Qaraçılar qucaqlarında yatan uşaqlara sakitləşdirici dərman verirlər? - Video

"Kəndinə qayıt" verilişinin yeni buraxılışında qaraçıların məskunlaşdığı Yevlax rayonuna səfər edilib.

Məlumata görə, Yevlaxın 128 mindən çox əhalisinin təxminən 2500 nəfərini qaraçılar təşkil edir. Ümumilikdə isə Azərbaycanda bu köçəri tayfanın sayı 10 min nəfərə yaxındır.

Verilişin aparıcısı Kəmalə Bədəlova səfər zamanı Yevlax bazarında olub. Bildirilir ki, qaraçıların əksəriyyəti vaxtlarının böyük hissəsini burada keçirirlər. Toyuqlu pizza

"Qaraçılara alış-veriş etməyə icazə verilir, amma dilənçilik edənlərlə bağlı tədbirlər görülür. Onlar burada işləmək istəsələr, şərait yaradılar. Ancaq indiyədək bir nəfər də gəlib iş istəməyib", - deyə Yevlax Mərkəzi Bazarının baş nəzarətçisi Pərviz Əliyev bildirib.

Cəmiyyətdə dolaşan iddialardan biri də odur ki, guya qaraçılar qucaqlarında yatan uşaqlara sakitləşdirici dərman verirlər. Lakin Yevlaxda yol kənarında nəzir toplayan qaraçılardan biri bu məlumatı təkzib edib: "Dərman verilməsi ilə bağlı yayılan söz-söhbətlər yalandır. Uşaqlar özləri yatır, özləri də sakit olurlar".

Verilişin aparıcısı həmçinin Yevlax sakini Diliş Bəkirovanın evində qonaq olub.

"Qaraçılar ən qonaqpərvər millətlərdəndir. Biz əslən kürdük. Bizə qaraçı deyilməsinə görə heç kim incimir. Qaraçıya nə olub ki?! Namus da var, qeyrət də - hamısı qaraçıda var", - deyə Diliş Bəkirova qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Seçilən
52
4
yenisabah.az

5Mənbələr