Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.
Bakues.az xatırladır ki, Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 33 il ötür.
Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.
Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.
1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.
Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb və 9 nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
Ballıqaya faciəsində qətlə yetirilən günahsız mülki insanların xatirəsini sayğı ilə anırıq. Aşağıdakı siyahıda onların adları yer alıb:
№
A.S.A
Doğum tarixi
Yaşı
Azyaşlı uşaqlar
1
Hümbətov Elçin Vəzir oğlu
1980
12 yaş
2
Hümbətov Bəxtiyar Vəzir oğlu
1982
10 yaş
3
Hümbətov İsmayıl Vəzir oğlu
1984
8 yaş
4
Hümbətov Nəvadi Vəzir oğlu
1986
6 yaş
5
Hümbətova Gülnar Vəzir qızı
1988
4 yaş
6
Hümbətov Canpolad Vəzir oğlu
1992
6 ay
Qadınlar
1
Abdullayeva Səadət Abdulla qızı
1973
19 yaş
2
Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı
1935
57 yaş
3
Mehdiyeva Ayna Hümbət qızı
1967
25 yaş
4
Mehdiyeva Bəyim Aydın qızı
1959
33 yaş
5
Mehdiyeva Gülayə Əli qızı
1925
67 yaş
6
Mehdiyeva Süraya Məhəmməd qızı
1956
36 yaş
7
Kalbalıyeva Nubar Muradxan qızı
1952
40 yaş
8
Vəliyeva Zeynab Hüseyin qızı
1899
93 yaş
9
Alməmmədova Minaya Əbilqasım qızı
1930
62 yaş
10
Alməmmədova Zeynəb Şəmil qızı
1972
20 yaş
11
Alməmmədova Kəmalə Şəmil qızı
1976
16 yaş
12
Hümbətova Hürzaman Qara qızı
1959
33 yaş
13
Hümbətova Gülnar Vəzir qızı
1988
4 yaş
Qocalar
1
Abdullayev Abdulla Bədəl oğlu
1934
58 yaş
2
Mehdiyev Hümbət Əbulqasım oğlu
1930
62 yaş
3
Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahim qızı
1935
57 yaş
4
Mehdiyeva Gülayə Əli qızı
1925
67 yaş
5
Vəliyeva Zeynab Hüseyin qızı
1899
93 yaş
6
Alməmmədova Minaya Əbilqasım qızı
1930
62 yaş