AZ

Yevlaxda 16 yaşlı oğlanı həmyerlisi bıçaqladı

News24 saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yevlaxda 16 yaşlı oğlanı 20 yaşlı həmyerlisi bıçaqlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bıçaqlanma hadisəsi Yevlax şəhər ərazisində baş verib. Rayon sakini 2009-cu il təvəllüdlü Hüseyn Qasımov mübahisə zəminində həmyerlisi 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev tərəfindən bıçaqlanıb.

H.Qasımov xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev polis əməkdaşarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
8
news24.az

10Mənbələr