AZ

Ukrayna ABŞ-də təhlükəsizlik təminatlarını müzakirə edəcək

Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-yə yollanır.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında videomüraciətində deyib.

“Sabah - İsveçrədə, cümə günü - Amerika Birləşmiş Ştatlarında, Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampın komandası ilə görüşlər. Təhlükəsizlik zəmanətlərinin məzmunu - hərbi, siyasi, iqtisadi təminat komponentləri üzərində işləyən hər kəs işə cəlb olunacaq”, - Zelenski deyib.

Qeyd edək ki, daha əvvəl Zelenskinin ofisinin rəhbəri Andriy Yermak və Ukrayna Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşmək üçün ABŞ-yə getdiyi barədə KİV-də məlumatlar yayılmışdı.

Seçilən
4
1
hurriyyet.az

2Mənbələr