AZ

Yevlaxda baş verən bıçaqlanma ilə bağlı polis hərəkətə keçib

Yevlaxda 16 yaşlı oğlanın bıçaqlanması ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hərəkətə keçib.

BAKU.WS xəbər verir ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***22:50

Yevlaxda 16 yaşlı oğlan bıçaqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində 2009-cu il təvəllüdlü H.Qasımov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
far.az

1Mənbələr