Yevlaxda 16 yaşlı oğlan bıçaqlanıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində 2009-cu il təvəllüdlü H.Qasımov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.