24 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünya reytinqində 7-ci yerdə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç ABŞ Açıq-2025 turnirində üçüncü mərhələyə vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, ikinci mərhələdə o, amerikalı Zahari Sveydu (reytinqdə 145-ci yer) üzərində 6:7 (5:7), 6:3, 6:3, 6:1 hesabı ilə qələbə qazanıb.
Üçüncü mərhələdə Cokoviç Britaniyalı Kemeron Norri ilə argentinalı Fransisko Komesanya arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.