AZ

Yevlaxda ötən gün bıçaqlanan kişi xəstəxanada öldü

Ötən gün Yevlaxda mübahisə zəminində bıçaqlanan Hüsü Talıbov vəfat edib.

Sitat.indo-nun məlumatına görə, o, edilən tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır. 

Qeyd edək ki, saxlanılan şəxs – V.Talıbov Vətən müharibəsi qazisidir.

Seçilən
27
4
sitat.info

5Mənbələr