AZ

İran Avstraliyadan qisas alacaq

Ayna saytına istinadən ain.az xəbər verir.

“Tehran iranlı diplomatların Avstraliyadan qovulmasına cavab vermək hüququnu özündə saxlayır”

İran Avstraliya hökumətinin diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq və İran səfirini və bir neçə diplomatı ölkədən qovmaq qərarı fonunda qisas almaq hüququnu özündə saxladığını bəyan edib.

AYNA.AZ “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qərarı əsassız və iki ölkə arasında diplomatik münasibətlər ənənəsinə zidd adlandırıb.

İran Xarici İşlər Nazirliyi Avstraliyanın antisemitizmi təbliğ etməsi ilə bağlı ittihamları rədd edərək, bu fenomenin tarixən Qərbi Avropada meydana gəldiyini bildirib.

Tehran Avstraliya hökumətinin İran səfirini və bir neçə diplomatı ölkədən çıxarmaq qərarını “İsrail rejiminin siyasətinin əksi” hesab edir.

Bəyanatda deyilir: "İran qisas almaq hüququnu özündə saxlayır və bu qərarın Avstraliyadakı İran icması üçün yarada biləcəyi hər hansı problemlər də daxil olmaqla, istənilən nəticələrə görə Avstraliya hökuməti məsuliyyət daşıyır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
ayna.az

1Mənbələr