AZ

Ordubadda Mədrəsə nin təmirinə başlanıldı

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ordubad şəhərində “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında əksini tapmış layihələr, habelə investisiya layihələri nazirlik tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Görülən işlərin davamı olaraq, "Mədrəsə" tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə "BİMD" QSC ilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
8
axar.az

10Mənbələr