AZ

"Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər" təsdiq edilib

"Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər"in təsdiq edilib.

Aznews.az xəbər verir ki,bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qərara əsasən, SABAH proqramlarının təşkili ilə bağlı tələblər müəyyən olunub. Belə ki, ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və s.) çıxış imkanları olmalıdır.

Həmçinin ali təhsil müəssisəsi müraciət edilən tarixə olan məlumatlara əsasən "Times Higher Education World University Rankings", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai Ranking)" beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində yer almalıdır (fəaliyyət müddəti 5 ildən az olan ali təhsil müəssisəsi istisna olmaqla).

Bundan başqa, tələblər sırasında ali təhsil müəssisəsinin elmi-pedaqoji heyətinin SABAH Proqramının təşkil ediləcəyi ixtisas sahəsi üzrə nüfuzlu elmi bazalarda (SCOPUS və Web of Science) indekslənən ümumi nəşrlərinin sayı azı 100olmalıdır.

Ali təhsil müəssisəsində tələbələrin inkişafını dəstəkləyən qabaqcıl ekosistem (karyera və inkişaf mərkəzləri, dövlət-özəl ortaq təcrübə proqramları, mentorluq sistemləri, tələbə klubları və s.) mövcud olmalı və tələbələrin layihə, müsabiqə, konfranslarda iştirakına maliyyə dəstəyi verilməlidir.

Universitetlərdə SABAH proqramının həyata keçiriləcəyi ixtisas üzrə məzunların məşğulluq faizi ölkədəki eyni ixtisas üzrə orta göstəricidən (müvafiq məlumatların əlçatanlıq səviyyəsi aşağı olduqda ali təhsil müəssisəsi üzrə məzunların ümumi orta məşğulluq göstəricisindən) yüksək olmalıdır (son 2 tədris ilinin məzunları istisna olmaqla əvvəlki 3 tədris ilinin məzunlarının məşğulluq məlumatlarına əsasən).

Seçilən
12
11
aznews.az

10Mənbələr