AZ

Qoşulmama Hərəkatı Gənclər Təşkilatında Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüş keçirilib

Avqustun 27-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba və Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə QHGT üzvlərinin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş iştirakçıları qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edərək gənclərin beynəlxalq proseslərdə daha fəal iştirakının vacibliyini vurğulayıblar. Uqanda Respublikasının hazırda Qoşulmama Hərəkatına sədrlik etməsi fonunda belə tədbirlərin təşkil olunması xüsusilə əhəmiyyət kəsb edir.

Nazir Con Mulimba çıxışında gənclərin təşkilati fəaliyyətlərdə iştirakı, onların qlobal çağırışlara verdiyi töhfələr və yeni təşəbbüslərin reallaşdırılmasında rolu barədə danışıb.

Görüş zamanı gənclərin müxtəlif mövzularda sualları cavablandırılıb, onların ideya və təşəbbüsləri dinlənilib. Bu müzakirələr, həmçinin gələcəkdə həyata keçirilə biləcək birgə layihələr üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaradır.

Tədbir zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, təşkilat üzvləri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. İştirakçılar belə görüşlərin gənclər üçün beynəlxalq əməkdaşlıq platforması rolunu oynadığını vurğulayıblar.

Seçilən
2
2
azerbaijan-news.az

3Mənbələr