AZ

Sülh sazişinin imzalanması üçün iki şərt mövcuddur - Rəfiyev

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin - yekun sənədin imzalanması üçün iki mühüm şərt mövcuddur. Bunlardan birincisi, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı məsələ, bu, artıq razılaşdırılıb və həmin istiqamətdə ümumi mövqe formalaşdırılıb. İkinci mühüm şərt isə Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin həyata keçirilməsidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında səsləndirib.

O qeyd edib ki, Konstitusiya dəyişikliyi aparılmadığı halda yekun sənədin hüquqi əsası yetərincə möhkəmlənmir. Bu dəyişikliklər həm prosesin legitimliyi, həm də gələcək münasibətlərin beynəlxalq hüquqa uyğun şəkildə tənzimlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən məsələ beynəlxalq gündəmdə diqqət mərkəzində qalmaqda davam edir və yekun sənədin imzalanma vaxtına birbaşa təsir göstərir.

Seçilən
6
13
axar.az

10Mənbələr