Qadınlar və kişilər arasındakı münasibətlər hər zaman müxtəlif müzakirələrə səbəb olur.
Xüsusən ailədaxili münasibətlərdə bu məsələ daha qabarıq hal alır. Təəssüf ki, bəzi hallarda bu münasibətlərdə zorakılıq – xüsusilə də psixoloji şiddət özünü göstərir. Bu cür şiddətin yalnız bir cinsə yönəldiyi düşünülür, lakin əslində həm qadınlar, həm də kişilər psixoloji zorakılığın qurbanı ola bilirlər.
Bəzi psixoloqlar düşünür ki, kişilərin psixologiyasını məhz qadınlar pozur və psixi və davranış pozuntuları olan xəstələrin daha çox kişi olması da bundan qaynaqlanır.
Doğurdanmı kişiləri ”dəli” edən qadınlardır?
Bizim.Media mövzuyla bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media