AZ

Gürcü ekspert: “Tramp marşrutu” regional nəqliyyat və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 27 avqust, Tamilla Məmmədova, AZƏRTAC

Zəngəzur dəhlizi təşəbbüsü, yaxud Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) regional nəqliyyat və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır. İran isə Azərbaycan və Gürcüstan da daxil olmaqla, qonşuları ilə logistika və enerji sahəsində əməkdaşlıq perspektivlərini fəal şəkildə nəzərdən keçirir ki, bu da nəqliyyat dəhlizlərinin və infrastruktur layihələrinin inkişafına töhfə verə bilər.

Bunu AZƏRTAC-a müsahibəsində gürcü diplomatı, beynəlxalq münasibətlər və regional təhlükəsizlik üzrə ekspert, Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECİPE) baş elmi işçisi Tengiz deyib.

O, avqustun 8-də keçirilən Vaşinqton görüşünün nəticələrini İranın logistika və enerji layihələrinin genişləndirilməsi kontekstində şərh edib.

“Geosiyasi dinamikanı nəzərə alsaq, Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə əməkdaşlıq üçün yeni şərait yaradır. Əldə olunan razılaşma ABŞ və Avropa da daxil olmaqla, beynəlxalq tərəfdaşların daha fəal iştirakına yol açır ki, bu da regionda diplomatik mövcudluğu və praktik əməkdaşlığı gücləndirir. Nəticədə Cənubi Qafqazda iqtisadi artım, investisiyalar və dayanıqlı infrastrukturun inkişafı üçün yeni imkanlar yaranır”, – deyə ekspert vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
4
azertag.az

5Mənbələr