AZ

Mourinyodan “Fənərbağça” rəsmisinə sərt cavab - “Onu tanımıram”

"Bəlkə də klub daxilində öz mövqeyini gücləndirmək üçün belə danışıb".

Ölkə.az xəbər verir ki, bunu "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında söyləyib.

Mütəxəssis bu fikirləri İstanbul klubunun vitse-prezidenti Həmdi Akının açıqlamasına cavab olaraq deyib: "Sabahkı qarşılaşmanın asan olacağını bildirən şəxsin kim olduğunu bilmirəm. Mən onu tanımıram".

Xatırladaq ki, "Fənərbağça"nın vitse-prezidenti Hamdi Akın daha əvvəl "Benfika"nı rahatlıqla məğlub edə biləcəklərini və onların ciddi rəqib olmadığını söyləmişdi.(milli.az)

Seçilən
6
1
olke.az

2Mənbələr