AZ

Bu məktəblərə yeni rəhbərlər təyin olundu

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni rəhbər təyinatları həyata keçirilib.

Redaktor.az xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan açıq müsabiqənin nəticələrinə əsasən, test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib.

Təyinatların bölgüsü aşağıdakı kimidir:

Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini;

Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini.

Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramları keçiriləcək. Bununla yanaşı, 2025-2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş "İncəsənət Məktəblərinin Elektron Sistemi" (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.

Seçilən
21
32
redaktor.az

10Mənbələr