Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində qaçaqmalçılıq yolu ilə gətirilənbrilyantlarla bağlı aparılan istintaq çərçivəsində məşhurKapalıçarşıda 23 iş yerində əməliyyat keçirilib.
Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 40 şübhəlisaxlanılıb.
Həmçinin, axtarışlar zamanı brilyant, müxtəlif qiymətli daşlar,135 zinət əşyası, 1 132 qiymətli metal, odlu silahlar, 267 tarixiəsər və çox sayda rəqəmsal materiallar ələ keçirilərək müsadirəedilib.
Qiymətli daşların təxmini bazar dəyəri isə 1 milyard 250 milyontürk lirəsi (təxminən 52 milyon manat) məbləğindədir.