Bakı, 27 avqust, AZƏRTAC
Sonuncu dəfə 1993-cü ildə Ağdama uzanan dəmir yolu xətti yenidən işə düşür, amma bu dəfə qatarlar daha sürətli, müasir və komfortludur.
İnsanlar uzun illərin həsrətindən sonra dəmir yolu ilə yenidən Ağdam istiqamətində yola çıxacaqlar. Belə ki, avqustun 30-dan etibarən Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verilir. Sərnişinlərə “Standart”, “Standart+”, “Biznes” və “Birinci sinif” üzrə səyahət imkanları təklif olunacaq.
Bir sözlə, 32 il öncə təxminən 9 saata qət etdiyimiz yolu indi 4 saata gedəcəyik.
AZƏRTAC mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir.