AZ

Tramp Sorosun cəzalandırılmasını tələb edib

ABŞ prezidenti Donald Tramp milyarder Corc Soros və oğlu Aleksandrın ölkədəki etirazlara dəstək verdiyinə görə mühakimə olunmasını istəyib.

Ölkə.az xəbər verir ki, o bu barədə "Truth" sosial şəbəkə hesabında paylaşım edib..

“Corc Soros və onun gözəl radikal solçu oğlu ABŞ-da zorakı etirazları dəstəklədiklərinə görə RICO (Reketlərin Təsirində Olan və Korrupsiyaya uğramış Təşkilatlar Aktı) çərçivəsində mühakimə olunmalıdırlar”, - deyə Amerika lideri yazıb.

Tramp əlavə edib ki, ABŞ hökuməti “bu dəlilərin Amerikanı parçalamağa davam etməsinə imkan verməyəcək”. Onun sözlərinə görə, Soros və ona kömək edən “psixopatlar qrupu” ölkəyə külli miqdarda ziyan vurub.

Həmidə İbrahimova

Seçilən
15
4
olke.az

5Mənbələr