Macarıstan hökuməti bir daha Ukraynanı Drujba neft kəmərinə hücumları dayandırmağa çağırır.
Xalqcebhesi.az xəbər verir ki, bunu respublikanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Macarıstan “gələcəkdə boru kəmərinə hücum etməməyə və ölkənin enerji təchizatının təhlükəsizliyinə xələl gətirməməyə” çağırır”, - Siyarto Facebook-da yazıb.
Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin “bəzi daxili siyasətçilərin və media nümayəndələrinin boru kəmərini partladan ukraynalılara haqq qazandırması, Avropa Komissiyasının isə yalnız “təchizat təhlükəsizliyi üçün heç bir risk olmadığını” bəyan etməsini qəzəbli adlandırıb.
Məryəm Quliyeva