AZ

Vaşinqton razılaşmaları bütün region üçün strateji əhəmiyyət daşıyır – Ekspert

Bakı, 27 avqust, Tamilla Məmmədova, AZƏRTAC

Vaşinqton razılaşmaları bütün region üçün strateji əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a müsahibəsində gürcü diplomatı, Gürcüstan Prezidentinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Tengiz Pxaladze bildirib.

“Bizim müşahidə etdiyimiz fəallaşma administrasiyanın dəyişməsi və Prezident Trampın vəzifəyə başlamasından sonra baş verdi. Daha sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasında təmasların fəallaşması prosesi yekunlaşdı. Bu isə həm konkret diplomatik addımlarda, həm də bizə məlum olan praktik nümunələrdə açıq şəkildə görünür”, – deyə o qeyd edib.

“Bu gün şahidi olduqlarımız təsadüfi deyil. Vaşinqton görüşünün nəticələri üzrə əldə olunan razılaşmalar həm Azərbaycanın, həm də ABŞ administrasiyasının çox ciddi, strateji cəhətdən düşünülmüş və məqsədyönlü fəaliyyətinin nəticəsidir”, – deyə ekspert vurğulayıb.

Seçilən
6
2
azertag.az

3Mənbələr