Minneapolisdə katolik məktəbində atışma baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Minnesota qubernatoru Tim Vals X sosial şəbəkəsində məlumat verib.
Qubernator yazıb: "Mən Annunciation Katolik Məktəbində baş verən atışma ilə bağlı məlumat aldım və yeni məlumatlar aldığımız zaman yeniləməyə davam edəcəyik".
Vals əlavə edib ki, hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyir. Onun sözlərinə görə, dərs ili bu həftə başlayıb.
Məryəm Quliyeva