AZ

ABŞ-də katolik məktəbində atışma baş verib

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində yerləşən katolik məktəbində atışma baş verib...

Oxu.Az xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Uolz məlumat verib.

"Mənə katolik məktəbində atışma ilə bağlı xəbər verildi", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
ABC telekanalının məlumatına görə, hadisə yerində Federal Təhqiqatlar Bürosunun əməkdaşları işləyirlər.
Bildirilir ki, tədris ocağında məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqlar təhsil alırlar.

Poliqon.info

Seçilən
76
2
poliqon.info

3Mənbələr