Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər.
Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bu qərar Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olması səbəbindən verilə bilər.
Bu ölkələrin hakimiyyət orqanları qərarları barədə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verməyi planlaşdırır.
Mənbə qeyd edir ki, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa olunacaq.