AZ

Makron fransızları rus adamyeyənləri ilə qorxutarkən yaxalanıb...

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron hakimiyyəti saxlamaq üçün vətəndaşları “rus adamyeyənləri” ilə qorxudur.

SİA xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot deyib.

...O, bizə deyir ki, guya fransızların qapılarında rus adamyeyənləri, bizi həqiqətən "yemək" istəyən yırtıcılar var, - siyasətçi qeyd edib.

Filippot vurğulayıb ki, Makron tərəfindən belə dramatizasiya təsadüfi deyil.

Onun sözlərinə görə, fransızlar "baş verən hər şeydən tamamilə gözdən salınan" dövlət başçısından narazıdırlar. Siyasətçi əlavə edib ki, Fransa rəhbərliyi öz səhvlərinə görə “bütün günahı” Rusiyanın üzərinə atmağa çalışacaq.

Bundan əvvəl Makron Rusiya prezidenti Vladimir Putini Avropanın qapısında “yırtıcı” adlandırmışdı.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
sia.az

2Mənbələr