AZ

İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Futbol üzrə İslandiya millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və Fransaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson qarşıdakı matçlara 24 futbolçu dəvət edib.

Heyətdə aşağıdakı oyunçular yer alıblar:

Qapıçılar: Elias Rafn Olafsson (“Midtyulland”, Danimarka), Hakon Rafn Valdimarsson (“Brentford”, İngiltərə), Anton Ari Eynarsson (“Breydablik”);

Müdafiəçilər: Loqi Tomasson (“Samsunspor”, Türkiyə), Daniel Leo Qretarsson (“Syenneryuske”, Danimarka), Aron Eynar Qunnarsson (“Əl-Qarafa”, Qətər), Sverrir İnqi İnqason (“Panatinaikos”, Yunanıstan), Viktor Palsson (“Horsens”, Danimarka), Byarki Steynn Byarkason (“Venesiya”, İtaliya);

Yarımmüdafiəçilər: Mikael Eqill Ellertsson (“Cenoa”, İtaliya), Gisli Tordarson (“Lex”, Polşa), İsak Berqmann Yohannesson (“Köln”, Almaniya), Torir Yohann Helqason (“Leççe”, İtaliya), Stefan Teytur Tordarson (“Preston”, İngiltərə), Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Kristian Hlinsson (“Tvente”, Niderland), Villum Tor Villumsson (“Birmingem Siti”, İngiltərə), Yon Daqur Torsteynsson (“Herta”, Almaniya), Mikael Nevill Anderson (“Yurqorden”, İsveç);

Hücumçular: Albert Qudmundsson (“Fiorentina”), Saevar Atli Maqnusson (“Brann”, Norveç), Andri Qudyonsen (“Gent”, Belçika), Orri Oskarsson (“Real Sosyedad”, İspaniya), Daniel Qudyonsen (“Malmö”, İsveç).

Qeyd edək ki, islandlar D qrupu çərçivəsində sentyabrın 5-də Reykyavikdə Azərbaycan, 9-da isə Parisdə Fransa millisinə qarşı oynayacaqlar. İslandiya – Azərbaycan qarşılaşması sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Seçilən
47
21
arena.az

10Mənbələr