AZ

Deputatdan Tehrana mesaj: Azərbaycan İranda baş verənləri sadəcə izləməyəcək

“Azərbaycan İranda ölkəmizə qarşı düşməncəsinə yanaşanların, yaratdığımız geosiyasi reallıqla barışmaq istəməyənlərin siyasi səhnədən rədd olub getmələri üçün əlindən gələni əsirgəməyəcək”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranla bağlı səsələndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə fikirmcə, ilk dəfədir ki, Ermənistanla sülh haqda bu dərəcədə nikbin danışıb və nikbinliyinin səbəblərini də göstərib. “Səbəblərdən biri avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh yonündə atılan çox mühüm addımı “dünyanın bir nömrəli ofisi”nin dəstəkləməsidir”, - o qeyd edib.

Deputat bildirib ki, yəni hakimiyyət dəyişikliyi, yaxud da hər hansı başqa bir səbəbdən Ermənistan 8 avqust razılaşmasından imtina edəcəyi təqdirdə cənab Prezidentin də vurğuladığı kimi ABŞ ilə əlaqələri pisləşəcək: “Bu, cənab İlham Əliyevlə Nikol Paşinyan yox, Azərbaycanla Ermənistan arasında imzalanan sənəddir. Üstəlik, həmin razlaşmanı səmimi dəstəkləyən dövlətlərin də buna necə reaksiya verəcəkləri unudulmamalıdır. Demək, 8 avqust razılaşmasından imtina Ermənistana yaxşı heç nə vəd etmir. 
“Regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik” - Müzəffər Ali Baş Komandanımızın xəbərdarlıq xarakterli bu açıqlamasının nə demək olduğunu xəstə cəmiyyətin ən radikal ünsürləri, yəni revanşistlər qarışıq Ermənistanda yəqin hər kəs anlayır. Onun Zəngəzur dəhlizi haqda bu açılaması da həmin cəmiyyətin müəyyən dərəcədə ayılmasına təsirsiz ötüşməyəcək: “Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. 

... Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.

İranda Vilayəti kimi ünsürlərin bu dəhlizin açılmasına imkan verməyəcəkləri haqda hədələrinə dövlət başçımızın yanaşması da məncə, çox düşündürücü və o hədəni səsləndirənlər üçün sarsıdıcı idi. Doğrudan da, Pezeşkianı İran xalqı seçdiyindən ölkəsinin mövqeyi haqda onun dedikləri əsas götürülməlidir. Legitimliyi sual altnda olanların yox! Məhz bu səbəbdən onların sərgilədikləri mövqenin cənab İlham Əliyevin təbirincə desək, “Bizim üçün əhəmiyyəti sıfırdır!”

Burada sual oluna bilər ki, birdən İrandakı həmin çevrələr hədələrini reallaşdırmaq istəsələr, onda necə olacaq? Heç nə! Belədə qarşılarında ilk növbədə onlara 12 günlük savaş zamanı “qələbə” yaşadan dövləti - ABŞ-ni görəcəklər. Təbii ki, İrandakı rejimə həlledici son zərbəni endirmək üçün yaranmış fürsətdən İsrail də necə lazımdır faydalanmağa çalışacaq. Və Azərbaycan bu dəfə baş verənləri sadəcə izləməyəcək, yaxud da həmin savaş günləri bildiridiyi kimi bunu qəbuledilməz adlandırmayacaq. Əksinə, bizə düşməncəsinə yanaşanların, yaratdığımız geosiyasi reallıqla barışmaq istəməyənlərin siyasi səhnədən rədd olub getmələri üçün əlindən gələni əsirgəməyəcək”.

Mürtəza

Seçilən
18
3
olke.az

4Mənbələr